44 günlük müharibədə ölənlər dəfn edilmir - Avanesyan

17:14 13 Dekabr 2024

 

44 günlük müharibədə həlak olan bəzi hərbçilərin cəsədləri hələ də basdırılmayıb, onlar arasında DNT analizindən keçirilməyənlər də var.

Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan açıqlayıb.

Nazir cəsədlərin bəzilərinin şəxsiyyətinin müəyyən edildiyini bildirib:

“Kimliklərinin məlum olmasına rəğmən dəfn edilməmiş hərbçilər var. Müdafiə Nazirliyi, istintaq orqanları və həlak olanların valideynləri ilə müzakirə aparılır”.

 



Xəbər xətti