Cənubi Koreyanın prezidenti ilə bağlı qərar dekabrın 18-də veriləcək

08:13 16 Dekabr 2024

Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezidenti Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Xatırladaq ki, ekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yölün vəzifəsinə qayıtması barədə qərar verməlidir.

 



Xəbər xətti