Bakıda 82 minlik dələduzluq: saxlanılanlar var

13:29 16 Dekabr 2024

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakinləri 82 min manata yaxın dələduzluq etdiyi məlum olub.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinidən məlumat verilib.

Bildirilib ki, Bakı sakini olan 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev 3 nəfərin ümumilikdə 78 min 770 manatını, bir nəfərin isə 3 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.



Xəbər xətti