Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

20:30 16 Dekabr 2024

Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.

Sitat.info xəbər verir ki, yanğın şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində başlayıb.

Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Yanğının cərəyən xəttinə taxılan şarj aparatının partlaması nəticəsində baş verdiyi bildirilir. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti