Avtomobil alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi geniş yayılıb. Bəzi hallarda daşınmaz əmlakın da satışı bu yollarla aparılır.
Mütəxəssislərin xəbərdarlıqlarına görə, bu, çox riskli haldır.
Vəkil Cabbar Bayramov bildirib ki, vətəndaşlar etibarnamə ilə əsasan sənədsiz evlərin satışını həyata keçirirlər. Notarial alqı-satqı zamanı əmlakın mülkiyyət sənədi, çıxarışı tələb olunduğu üçün bir çoxları bu yolu seçir.
Etibarnamə ilə ev alan şəxs bir gün evsiz qala bilərmi?
Əmlakı etibarnamə yolu ilə almaq əslində əmlakı əldə edə bilməmək deməkdir. Vətəndaş sənədsiz evləri bu yolla satmağa çalışırlar. Etibarnamənin etibarlığı yoxdur. Etibarnamənin müddəti bitə bilər, etibarnaməni verən şəxs istənilən an ləğv edə bilər və ya etibarnaməni verən şəxs ölə bilər. Bu halda onun qarantisi yoxdur ki, onun vərəsələri etibarnamə ilə satılan əmlakı ona verəcəklər ya yox.
Etibarnamə ilə evi satan şəxs əgər fikrindən daşınsa, tətbiq vasitəsi ilə etibarnaməni ləğv edə bilər. Bu da o deməkdir ki, mənzili alan şəxs bir anda evsiz qala bilər.
Mütəxəssizlər ev alarkan etibarnamə yolu ilə almaqdan qaçınmalarını məsləhət görüb.\\milli.az