Ərdoğan Suriya ilə bağlı iclas keçirir

17:13 23 Dekabr 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, iclasda Suriyada atılacaq yeni addımlar gündəmdə olacaq.

Suriya ərazisinin bir hissəsini nəzarətdə saxlayan terror təşkilatı PKK/YPG-yə qarşı aparılacaq siyasi mövqelər müzakirə ediləcək.

Bundan başqa, Suriyadakı keçid hökumətlə qurulması planlaşdırılan əlaqələr də qiymətləndiriləcək. Həmçinin, suriyalı qaçqınların vətənlərinə təhlükəsiz qayıtması da mühüm mövzular sırasındadır.

Türkiyə daxili işlər naziri Əli Yerliqayanın indiyə qədər geri dönən qaçqınlarla bağlı kabinet üzvlərinə məlumat verməsi gözlənilir.



Xəbər xətti