Gəncədə evdə yanğın olub, bir nəfər ölüb

11:26 24 Dekabr 2024

Gəncə şəhərində evdə yanğın olub, bir nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə yerində bir nəfərin (qadın) meyti tapılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti