İranda WhatsApp və Google Play-ə qoyulan qadağa götürüldü

09:18 25 Dekabr 2024

İranda qadağan olunmuş WhatsApp və Google Play-ə təkrar icazə verilib. 

Sitat.info yerli mediaya istinadən xəbər verir ki, artıq İranda  bu iki sosial şəbəkəyə yenidən daxil olmaq mümkündür

İranda zaman-zaman tətbiq edilən və 2022-ci ildə Məhsa Emini olaylarından sonra uzadılan sosial media qadağası tədricən aradan qaldırılır.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi ölkədə sosial mediaya qoyulan qadağanın mərhələli şəkildə aradan qaldırılması ilə bağlı açıqlama verib.

"İctimaiyyətin beynəlxalq imkanlara çata bilməsi üçün WhatsApp və Google Play platformalarına qoyulan qadağanın aradan qaldırıldı".

İran  Telegram-ı da sosial media qrupları təşkil edildiyini və dövlət əleyhinə fəaliyyət göstərdiyini əsas gətirərək qadağan edib.

Fatimə,

Sitat.info



Xəbər xətti