“Təyyarədə olanlardan 32 nəfəri sağdır” - Baş Prokurorluq

14:28 25 Dekabr 2024

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlanıb”.

Sitat.info xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Aktauda baş verən təyyarə qəzası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaq prosesi davam etdirilir. Cinayət işində bütün versiyalar üzrə işlər aparılır”, - qurum rəsmisi əlavə edib.

Kənan Zeynalovun açıqlamasına görə, hazırkı məlumata əsasən, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.



Xəbər xətti