Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək

16:01 25 Dekabr 2024

Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Sərəncamda bildirilib.

Sərəncama əsasən, Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin ediləcək, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələlər həll ediləcək.



Xəbər xətti