Bakı-Qroznı reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədilə psixoloqlardan ibarət qrup yaradılıb.
Sitat.info xəbər verir ki, qrup üzvləri Bakıda hava limanında fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya uçub.
Bununla yanaşı, təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.
Eyni zamanda, “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu formalalaşdırılıb.