Təyyarə qəzası: BQXK başsağlığı verdi

18:10 25 Dekabr 2024

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.



Xəbər xətti