Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqala limanına, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.