Səudiyyə təyyarə qəzası ilə bağlı bəyanat yaydı

19:43 25 Dekabr 2024

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"XİN Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına Səudiyyə Ərəbistanının səmimi başsağlığını bildirir, yaralıların tezliklə sağalmasını diləyir", - bəyanatda qeyd olunub.



Xəbər xətti