Peskovdan təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

13:30 26 Dekabr 2024

"Kreml Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri barədə istintaq nəticələri açıqlanana qədər hər hansı bir fikir irəli sürməyəcək".

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"İstintaqın nəticələrinə qədər təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı bir fikir yürütmək yanlış olardı", – deyə, o bildirib.

Peskov hadisənin araşdırılması başa çatana qədər nəticələrin gözlənilməli olduğunu məsləhət görüb.

Sitat.info



Xəbər xətti