“Təyyarədə texniki nasazlıq olmayıb” - AZAL prezidenti

13:58 26 Dekabr 2024

“Təyyarədə texniki nasazlıq olmayıb”.

“Sitat.info” xəbər verir ki, bunu AZAL prezidenti Samir Rzayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Təyyarə 2024-cü ilin oktyabrında tam təmirdən çıxıb və daim yoxlanılıb. Pilotlarımız 15 min saatdan çox uçuş təcrübəsi olan pilotlar idi. Çox möhkəm təyyarə bələdçilərimiz olub. Təəssüf ki, iki pilotumuzu və bir təyyarə bələdçimizi itirdik. Amma onlar vəzifələrini qəhrəmancasına yerinə yetirdiyinə görə 29 nəfər sağ qalıb”, - AZAL prezidenti vurğulayıb.



Xəbər xətti