Dünən səhər saatlarında “Pantsir-1C” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb.
Sitat.info “Bez Tormozov” kanalına istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb.
Bəzi məlumatlara görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib.
Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.