Rusiyanın Moskva və Kaluqa şəhərlərinin hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu haqda “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarının, eləcə də “Kaluqa” hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Məlumata görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Təyyarənin ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün yoxlanışlar keçiriblər.
Daha sonra “Rosaviasiya” Moskva hava limanlarında məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.