ABŞ həbsxanasında mühafizəçilər məhbusu döyərək öldürüblər

09:26 28 Dekabr 2024

ABŞ-nin Nyu York şəhərində islah əmək müəssisəsinin əməkdaşları əlləri qandallı məhbusu döyərək təhqir ediblər, nəticədə kişi aldığı xəsarətlərdən ölüb.

Sitat.info xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.

"Nyu-York şəhər həbsxanasında ölümcül döyülmə ilə bağlı yeni yayımlanan videoda cəzaçəkmə müəssisəsinin əməkdaşları əlləri qandallı adamı dəfələrlə döydükləri, çəkmə ilə sinəsinə təpiklər vurduqları, sonra isə boynundan qaldıraraq atdıqları göstərilir", - agentlik yazıb.

Hadisə dekabrın 9-da Nyu York ştatının Oneyda dairəsində Marsi həbsxanasında baş verib, lakin prokurorluq videonu yalnız dekabrın 27-də yayıb.

Görüntülərdə 13 mühafizəçi və tibb işçisinin 43 yaşlı Robert Bruksu döydüyü görünür. Onun üzünə və qarın nahiyəsinə zərbələr endirilib və müayinə masasına qandallanıb. Ertəsi gün səhər həkimlər onun öldüyünü elan ediblər.

Agentliyin ilkin tibbi ekspertiza məlumatlarına istinadən aydınlaşdırıb ki, kişinin ölümünə başqa şəxsin hərəkəti nəticəsində boyun sıxılması nəticəsində baş verən boğulma olub.

Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.



Xəbər xətti