Putin miqrantlarla bağlı bu qanunu təsdiqlədi

15:30 28 Dekabr 2024

Rusiya Prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulunu qadağan edən qanunu imzalayıb.

Sitat.info xəbər verir ki, qanun hüquqi aktların rəsmi internet saytında yerləşdirilib.

Qanuna əsasən, miqrant uşaqların ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsilin təhsil proqramlarına qəbulu yalnız dövlət və ya bələdiyyə təhsil təşkilatında pulsuz əsaslarla rus dilini bilmək üçün sınaq imtahanından müvəffəqiyyətlə keçdikləri halda mümkündür.



Xəbər xətti