Yaralıların vəziyyəti açıqlandı: Bakıya göndərmək üçün..

16:28 28 Dekabr 2024

Hazırda Mangistau vilayətinin xəstəxanasında 6 xəstə müalicə alır, onlardan 4-ü reanimasiya, 2-si isə travmatologiya şöbəsindədir.

Sitat.info xəbər verir ki, bunu Qazaxıstan Səhiyyə Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti ilə bağlı məlumatında bildirib.

“Müşahidələrə əsasən, xəstələrin vəziyyətində pisləşmə qeydə alınmayıb. Bir xəstə vazopressor dəstəyindən çıxarılıb, digər zərərçəkənin tonik dozası isə 3-dən 1-ə endirilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, Azərbaycandan iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərin konsiliumunun keçirilməsi və onların daşınmaya hazır olub-olmamasının qiymətləndirilməsi planlaşdırılır.



Xəbər xətti