Gürcüstanda güclü zəlzələ oldu

17:25 28 Dekabr 2024

Gürcüstanın Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat yayıb.

Bildirilib ki, Tiflis vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.



Xəbər xətti