Ödəmə terminalından 5 min manat oğurlayan saxlanıldı

13:00 30 Dekabr 2024

Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti