AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yaydı

13:40 30 Dekabr 2024

Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Qolfstrim" (Gulfstream) tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.

Sitat.info bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.

Təyyarədə sərnişin olmayıb.



Xəbər xətti