Kabelaşvili and içən kimi Zurabişvili ilə bağlı qanunu imzaladı

14:12 30 Dekabr 2024

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti kimi and içəndən dərhal sonra (andiçmə mərasimi 29 dekabrda baş tutub – red.) parlamentin noyabrda tez bir zamanda qəbul etdiyi bütün qanunları imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun gürcü xidməti məlumat yayıb.

Təsdiqlənən qanunlar bunlardır: ictimai mitinqlər zamanı pirotexniki vasitələrdən və lazerlərdən istifadə qadağan edilir; mitinqlərdə üzü örtmək qadağan edilir; yolların bağlanmasına və qraffitilərə görə cərimələr əhəmiyyətli dərəcədə artırılır və mitinqlər zamanı həbs üçün yeni əsaslar əlavə edilir.

Həmçinin dövlət orqanlarında işdən çıxarılma və işə qəbul prosesləri də sadələşdirilib. Yeniliklərdən biri də odur ki, iddia məhkəmə tərəfindən təmin edilsə belə, dövlət artıq həmin şəxsi hökumət strukturunda əvvəlki işinə qaytarmağa borclu deyil. Hüquq müdafiəçilərinin fikrincə, “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər işçilərin siyasi motivlərlə işdən çıxarılmasını asanlaşdırır.

“Polis haqqında” qanuna edilən daha bir dəyişiklik bəzi kateqoriyadan olan əməkdaşların Daxili İşlər Nazirliyində işə başlamasını asanlaşdırır.

Digər mühüm düzəliş isə Zurabişvili ilə bağlıdır. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dövlət himayəsi hüququnu itirib.



Xəbər xətti