2025-ci ildə Polşa zərurət yaranarsa, qoşunların və təhlükəsizlik qüvvələrinin sürətlə köçürülməsini təmin etmək üçün Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə yol çəkəcək.
Sitat.info xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Maçey Duşşik deyib.
Onun sözlərinə görə, yaxın aylarda tikintiyə başlanılacaq. O, Polşa-Rusiya sərhədinə yeni yol ilə bağlı başqa təfərrüat verməyib.