Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…

16:46 30 Dekabr 2024

25 dekabr tarixində Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsi ilə bağlı bir sıra maraqlı məlumatlar üzə çıxıb.

AzPolitika" xəbər verir ki, Rusiyanın "ВЧК-ОГПУ" kanalının yazdığına görə, əvvəlcə GPS sistemindən məhrum edilən təyyarə ardınca "Pantsir" silahı ilə vurulub.

Daha sonra qeyd olunur ki, dünən müstəntiqlər Qroznıda təyyarəni koordinasiya edən dispetçer Əli İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.

Dispetçerin sözlərinə görə, o, "xalça" planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub. Qeyd olunur ki, Əli İdrisov Çeçenistanın "Terek" klubunun (indiki "Axmat) futbolçusu olub. Cəmi bir neçə ildir dispetçer vəzifəsində çalışır.

Bildirək ki, "xalça" planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.



Xəbər xətti