Husilərin Müdafiə Nazirliyi vuruldu

19:20 31 Dekabr 2024

Yəmənin üsyançı husilərin nəzarətində olan paytaxtı Səna aviazərbələrə məruz qalıb.

Sitat.info xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, üsyançıların Müdafiə Nazirliyinin yerləşdiyi Əl-Arda kompleksinə iki, Əs-Saura bölgəsindəki “22 may” kompleksinə isə ən azı daha altı hava zərbəsi endirilib.

Hücumu ABŞ və Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.



Xəbər xətti