Şok statistika: Azərbaycanda 88 faiz artım, Ermənistanda isə...

20:15 31 Dekabr 2024

SSRİ dağılmasaydı, indi orada 320 milyon insan yaşayacaqdı.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Belarus” agentliyi yazıb.

Xatırladılır ki, 1922-ci il dekabrın 30-da dünyanın siyasi xəritəsində Sovet İttifaqı peyda oldu. Bu ölkə təxminən 69 il mövcud oldu və 15 müstəqil ölkəyə parçalandı.

Bildirilir ki, belə bir çöküşün qiyməti bir çox respublikaların hələ də yaşadığı ağır demoqrafik böhrandır. Təkcə üç Baltikyanı ölkədə əhalinin ümumi sayı 30% azalıb.

Materiala keçmiş ittifaq respublikalarında əhalinin 1991-ci ildən sonrakı dövrlə bağlı artım və azalma statistikası da əlavə olunub. Erməni mediası 33 il öncə ilə müqayisə apararaq Ermənistandakı demoqrafik fəlakətə diqqət çəkib.

“Təqdim olunan məlumatlara görə, Ermənistan əhalisi 1991-ci ildən bəri 500 min nəfər (14,29%) azalaraq 2024-cü ildə 3 milyon nəfərə çatıb”, - məlumatda bildirilir.

Təqdim olunan cədvəldə Azərbaycan əhalisinin artımı da diqqət çəkir və heç şübhəsiz erməniləri qorxudan bu faktdır. Azərbaycan əhalisi ötən dövrdə az qala iki dəfə (88,89%) artsa da, Ermənistan əhalisinin sayı 3,5 milyondan 3 milyona enib



Xəbər xətti