“Real Ermənistan” bizim sülh gündəliyinin konseptual, ideoloji əsası və əsaslandırmasıdır. “Real Ermənistan” ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil.
Sitat.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlara Yeni il müraciəti zamanı səsləndirib.
Paşinyan sözügedən ideologiyanı ölkə siyasətinin əsası kimi qələmə verib.
Bunu ölkənin və dünya gündəminin əsası üçün “dönüş nöqtəsi” adlandıran baş nazir ideologiya çərçivəsində Ermənistanın hərəkət və sözlərinə diqqət yetirilməsinin vacib olduğunu deyib.