Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

13:38 1 Yanvar 2025

Bu gündən Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat olur.

Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunlarda öz əksini tapıb.

"Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” və "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunlara əsasən, hər iki sosial ödənişin məbləği 270 manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.



Xəbər xətti