Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

15:22 1 Yanvar 2025

Prezident İlham Əliyev həqiqəti açıq şəkildə ifadə edərək liderliyini nümayiş etdirdi.

Sitat.info xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə bağlı son çıxışları barədə deyib.

Saakaşvili özünün Feysbuk səhifəsində yayımladığı açıqlamada İlham Əliyevin cəsarətli mövqeyini və liderlik keyfiyyətlərini vurğulayıb.

Saakaşvili bildirib ki, həbsxana şəraitində olduğu üçün Azərbaycan mülki təyyarəsinin qəzası ilə bağlı başsağlığı verməkdə gecikib:

“Qəza nəticəsində həlak olanların ailələrinin kədərini bölüşürəm və yaralananlara tezliklə sağalmağı arzu edirəm. İlham Əliyevin prinsipiallığına, yüksək ləyaqətinə və öz xalqının əsl lideri kimi davrandığına heyranam. O, həqiqəti açıq şəkildə ifadə edərək Rusiya tərəfinin ikiüzlülüyünü və barbarlığını ifşa etdi”.

Saakaşvilinin bu açıqlaması sosial mediada geniş rezonans doğurub və bir çox istifadəçi tərəfindən müsbət qarşılanıb. Onun İlham Əliyevin cəsarətli çıxışını tərifləməsi Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə də təsir edə biləcək bir jest kimi dəyərləndirilir.



Xəbər xətti