İstanbulda Fələstinlə bağlı nəhəng yürüş keçirildi

15:30 1 Yanvar 2025

Fələstindəki qətliamın dayandırılması məqsədilə İstanbulda təxminən 400 min nəfərin iştirakı ilə aksiya keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə Gənclik Vəqfinin başçılıq etdiyi “Dünyanı oyandırırıq”, “Dünən Ayasofya, bu gün Əməvi, sabah Əqsa”, “Bir Günəş doğulur”, “Qüds bizimdir!”, “Uşaqların böyümədiyi yer Qəzza”, “Qüds işğal altındadır” şüarları ilə həyata keçirilən aksiya üçün iştirakçılar Aya Sofya, Sultan Əhməd, Fateh, Süleymaniyyə və digər məscidlərin önündə toplaşaraq, korteclərlə Qalata körpüsünə yürüyüş edib.

Nümayişçilər tıxac səbəbindən piyada və ya qayıqlar vasitəsilə aksiya ünvanına gələ bilib.

Böyük təhlükəsizlik tədbirlərinin görüldüyü körpünün ortasında türkcə və ingiliscə “Qəzzadakı soyqırımı dayandırın!” yazılmış nəhəng plakat açılıb, Türkiyə və Fələstin bayraqları qaldırılıb.



Xəbər xətti