“Qarabağ” legionerlərindən birini göndərməyi planlaşdırır.
Sitat.info Apasport.a-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fabiyan Buntiçlə yollarını ayırmağı planlaşdırır.
Belə ki, Şahruddin Məhəmmədəliyevin dönüşündən sonra qapıçıların sayı daha da çoxalıb.
O qədər də yaxşı performans sərgiləyə bilməyən Buntiçin “Qarabağ”dan göndəriləcəyi, ən pis halda, icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı qolkiper 2024-cü il iyulun 1-də Ağdam klubuna keçib və o, 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Buntiç “Qarabağ”a qədər “İnqloştadt”, “Vizela” komandalarının qapısını qoruyub.