ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Sitat.info xəbər verir ki, bu barədə Yeni Orleanın səhiyyə idarəsi məlumat yayıb.
Hücumu lənətləyən ABŞ Prezidenti Bayden mediaya açıqlamasında təcavüzkarı zərərsizləşdirən hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Qeyd edək ki, Yeni Orlean şəhərində 42 yaşlı Şamsud Din Cabbar maşını insanların üzərinə sürüb. Onun maşınından İŞİD bayrağı tapılıb. İlkin məlumatda 10 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilmişdi. /Axar.az