Suriya üçün bu proqramı yaradacağıq - Zelenski

18:02 2 Yanvar 2025

 

Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Yaxın Şərqdə daha çox sabitlik bütün tərəfdaşlar üçün daha çox sülh və ticarət deməkdir:

"Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək. Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq. Ukrayna dekabrın 31-də suriyalı ailələrə pulsuz paylanmaq üçün içərisində 500 ton un olan 20-dən çox yük maşını göndərib. Biz bu dəstəyi daha da gücləndirmək üçün avropalı tərəfdaşlarımız və ABŞ ilə əlaqə saxlayacağıq".

 



Xəbər xətti