“Xocalı” gil yatağı satışa çıxarılır.
Sitat.info xəbər verir ki, bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.
Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.
Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.
Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.
Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.