ABŞ-ın Nyu Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.
Sitat.info xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin X-dəki hesabındakı paylaşımda yer alıb.
"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğun bütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, terror aktı nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.