İsveç Ukraynaya dolayı yardım göndərir: 300 milyon...

20:00 2 Yanvar 2025

İsveç hökuməti Ukraynanın Hava Hücumundan Müdafiəsinin dolayı yolla gücləndirilməsi üçün 300 milyon kron (27,3 milyon dollar) ayırıb. Vəsait Rumıniyaya göndəriləcək ki, bu ölkə Ukraynaya ötürülmüş "Patriot" sistemlərini əvəz etmək üçün yeni sistemlər əldə edə bilsin. 

Sitat.info xəbər verir ki, bu barədə İsveç hökumətinin məlumatında deyilir.

Layihə Almaniyanın rəhbərlik etdiyi "Hava Hücumundan Müdafiə üzrə Təcili Tədbirlər" (Immediate Action on Air Defence – IAAD) proqramı çərçivəsində həyata keçirilir.

"Rumıniyaya 2024-cü ildə Ukraynaya ötürülmüş "Patriot" sistemlərini əvəz etmək üçün raketlər, sensorlar və digər avadanlıqlar almaq məqsədilə vəsait gərəkdir. Buna görə də Rumıniyaya 300 milyon kron veriləcək," – deyə açıqlamada qeyd olunur.

Vəsait Ukraynaya yardım fondundan ayrılıb. Fevral 2022-ci ildən bəri İsveç Kiyevə 48,4 milyard kron (4,37 milyard dollar) hərbi dəstək göndərib.



Xəbər xətti