Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub

21:15 2 Yanvar 2025

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyevin son durumu ilə bağlı  məlumat verib. 

O bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

“Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”, - deyə o əlavə edib.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.



Xəbər xətti