Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin anası oğlunun son durumundan danışıb.
Sitat.info xəbər verir ki, Tamella Baxşəliyeva Teleqraf.com-a bu sözləri deyib: "Oğlum hazırda xəstəxananın reanimasiya şöbəsində komadadır. Həkimlər onun komadan ayılması üçün əllərindən gələni edirlər. Həkimlərin dediyinə görə, vəziyyəti stabildir. Dünən səhhəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Allaha dua edirəm ki, oğlum komadan ayılsın".
Qeyd edək ki, aktyor bir müddət əvvəl açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını, yenidən donor axtardığını demişdi.