Keniyada böyük kosmik tullantılar kəndə düşüb

10:46 3 Yanvar 2025

Keniyadakı Mukuku kəndinə kosmosdan gözlənilməz qonaq gəlib.

Sitat.info xəbər verir ki, Keniya Kosmik Agentliyindən verilən açıqlamaya görə, təxminən 500 kiloqram ağırlığında və 2,5 metr diametrində olan bu obyekt kənddə heç bir can itkisinə səbəb olmayıb.
Rəsmilər, obyektin "ehtimal ki, raketin ayrılma mərhələsinin qalığı olduğunu söylədi. Obyektin hansı ölkəyə və ya təşkilata aid olduğunu müəyyən etmək üçün dağıntı parçaları araşdırılacağı bildirilib.

Keniya Kosmik Agentliyindən mayor Alois Were dseyib ki, obyektin sahibi müəyyən edildikdən sonra məsuliyyət daşıyanlar beynəlxalq hüquqda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməklə məsuliyyətə cəlb olunacaqlar" dedi.

Kosmik tullantıların çoxu atmosferə girərkən yanır və ya okean kimi yaşayış olmayan ərazilərə düşür. Lakin bu həmişə mümkün olmur.

Məsələn, 2024-cü ilin may ayında SpaceX zibilinin bir parçası Şimali Karolinadakı dağ kurortunun yaxınlığındakı gəzinti cığırına düşdü. Mütəxəssislər belə hadisələrin ciddi risklər daşıdığını vurğulayırlar. Əgər o zibil bir insanın üzərinə düşsəydi, tamamilə ölümcül olardı.

Kosmik tullantılar səbəbindən indiyədək heç bir ölüm olmayıb, lakin 2023-cü ilin martında Beynəlxalq Kosmik Stansiyadan düşən iki kiloqramlıq dağıntı Florida ştatında bir ailənin evinin damını deşib.

Seymur,

Sitat.info 



Xəbər xətti