Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək.
Sitat.info xəbər verir ki, artıq bununla bağlı Azərxalça Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.
Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında Azərxalça ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.
Azərxalça ASC emal sexinin inşası işlərinin 1,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, “Azərxalça” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 000 000 manat olan ASC-nin qanuni təmsilçisi Emin Səlhab oğlu Məmmədovdur.