Suriyanın yeni hökuməti ilə danışıq aparırıq - Şolts

20:24 3 Yanvar 2025

Almaniya hökuməti Suriyanın yeni hakimiyyət orqanları və ölkədəki digər müxalifət qrupları ilə danışıqlar aparır və sıx əlaqə saxlayır.

Sitat.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Biz Dəməşqdə hökumət işlərinin idarə edilməsini öz üzərinə götürənlərlə intensiv əlaqələr saxlayırıq. Biz bir çox başqa müxalifət qrupları ilə də intensiv danışıqlar aparırıq. Yeni hakimiyyət qonşuları ilə sülh şəraitində yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlət yaratmaq üçün bir yol tapmalıdır”, - Şolts bildirib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok Suriyada rəsmi səfərdədir.



Xəbər xətti