Ermənistan KTMT-dəki tərəfdaşlarının mövqelərinin dəyişməsini gözləyir və nə qədər ki, bu dəyişikliklər görünmür, İrəvanın üzvlüyün dondurulması ilə bağlı mövqeyi adekvatdır.
Sitat.info xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.
“KTMT üzrə tərəfdaşlarımız öz mövqelərini və münasibətini dəyişməyincə, bizim mövqeyimiz və münasibətimiz legitim olaraq qalır və Ermənistanın maraqlarına əsaslanır”, - Papikyan bildirib.