"Biz bərabər şərtlər və qarşılıqlı hörmət şəraitində dialoqa hazırıq" - Peskov

21:11 23 Yanvar 2025

""Biz bərabər şərtlər və qarşılıqlı hörmət şəraitində dialoqa hazırıq. Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında belə bir dialoq oldu. Bu mövzuda hələ heç bir inkişaf olmasa belə, siqnallar gözləyirik".

Sitat.info xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Tramp komandasından gələn açıqlamaları dəyərləndirərkən deyib. 

O bildirib  ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidində heç bir yenilik görməyiblər: "Tramp ilk prezidentlik dövründə sanksiya metodlarına ən çox müraciət edən Amerika prezidentlərindən biri idi. Bu üsulları bəyənir". 

Peskov onu da bildirib ki, Qərb ölkələrinin Rusiya aktivlərinə qarşı “qeyri-dost” addımları cavabsız qalmayacaq.

Aytac,

Sitat.info 



Xəbər xətti