Fələstinin HAMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını sabah İsrailə təhvil verəcək.
Sitat.info xəbər verir ki, bu barədə HAMAS-ın İordan çayının qərb sahilindəki bölməsinin rəhbəri Zaher Cabarin məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında baş tutan razılaşma İsrail tərəfinin bəzi pozuntularına baxmayaraq həyata keçirilir.
Zaher Cabarin onu da bildirib ki, Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün danışıqlar iki həftədən sonra başlayacaq.