Türkiyənin Konya vilayətində çökən üçmərtəbəli binada axtarış-xilasetmə işləri davam etdirilir.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, xilasedicilər çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxara bilib.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Digər 2 nəfərin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkədə AFAD əməkdaşı ilə dağıntılar altından xilas edilən şəxslərdən birinin dialoqunun videosu yayılıb.