İranın qərbindəki Kirmanşah vilayətinin Qəsri-Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən məlumata görə, episentri Kirmanşah əyalətinin Qəsri-Şirin şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 04:32-də qeydə alınıb.
Zəlzələ 8 kilometr dərinlikdə baş verərkən, əyalət qubernatorluğu can və mal itkisinin olmadığını açıqlayıb.
Aytac,
Sitat.info