ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Departament və USAİD vasitəsilə maliyyələşdirilən bütün cari xarici yardımlar dayandırılıb.
Açıqlamada xarici ölkələrə ödənişlərin kəsilməsinin bu yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək məqsədilə edildiyi bildirilib.
Bəyanatda yardımın nəzərdən keçirilməsi və tənzimlənməsinin "mənəvi öhdəlik" olduğu və xərclərin Amerika xalqına fayda verməsi vurğulanıb.
Tramp araşdırmaya qədər “xarici inkişaf yardımlarını” dayandırır
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb.
Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişləri azaldacağı və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama dövrünə başlanıldığı qeyd edilib.
Birləşmiş Ştatların xarici inkişaf yardımı digər ölkələrə iqtisadi, sosial, texniki və humanitar yardımları əhatə edir.
Tehran,
Sitat.info